• 23 Noyabr 2024 07:54

“İbrahim Borçalı ancaq ölən oğlu ilə gündəmdə qalır”

 

Aparıcı Tarix Əliyev (Tolik) müğənni İbrahim Borçalının dünyasını dəyişən oğlundan danışmasını tənqid edib.

Tacxeber.com Axşam-a istinadla xəbər verir ki, o hər qatıldığı verilişdə ifaçıya övladına dair sual verilməsini düzgün hesab etmir:

“İbrahim Borçalının oğlu 2 ilə yaxındır dünyasını dəyişib. Hər verilişdə ancaq oğlu ilə gündəmdə qalır. Allah oğluna rəhmət eləsin. Böyük faciədir. Məncə, oğlu sağ olsaydı, heç xoşuna gəlməzdi”.

Qeyd edək ki, İ.Borçalının oğlu Gürcüstanda avtomobil qəzasında vəfat edib.

Tacxeber.com

Oxşar xəbərlər