• 08 Sentyabr 2024 05:18

Nazpəri: Yemək bişirməni heç kimə etibar etmirəm

Nazpəri: Yemək bişirməni heç kimə etibar etmirəm

“Mən, ümumiyyətlə, kamera qarşısında kövrəlməyi sevmirəm. İnsanlara daim təbəssüm, gözəl aura bəxş edib, ovqatlarının daha da yüksək olmalarını istəyirəm. Bilirəm ki, tamaşaçılar məni çox istəyir. Məndən yeni-yeni mahnılar gözləyirlər. Sənətkarın yaratdığı əsər, oxuduğu mahnı əgər xalqın yaddaşına köçürülmürsə, sənətkar oldu-olmadı, əgər onun yaradıcılığı sevilmirsə, yad edilmirsə, o sənətkar ola bilməz. Allahıma minnətdaram ki, bu sənəti mənə o verib. Məni, səsimi yaşadan isə insanların sevgisidir”.

Tacxeber.com Moderator-a istinadla xəbər verir ki, bunu Xalq artisti Nazpəri Dostəliyeva deyib.

O, mətbəx qabiliyyətindən danışıb: “Yeməklərimi heç kimə etibar etmirəm. Nəvələrimə, oğluma yeməyi özüm hazırlayıram. Düzdür, artıq oğlum böyükdür, amma yenə də bizə gələndə ilk sualı bu olur ki, mama nə bişirmisən?!

Əlbəttə, qazanım həmişə qaynayır. Hansı sahədə işləyiriksə işləyək biz bir xanımıq, anayıq. Bəzən xarici görünüşüm, çəkim yaxşı mənada tamaşaçılar tərəfindən müzakirə olunur. Hər gün idmanla məşğulam. İdman sağlamlıqdır. Heç bir pəhriz saxlamıram, düzgün qidalanıram Ürəyim nə istəyirsə yeyirəm”.

Tacxeber.com

Oxşar xəbərlər