Etibarlı mənbənin verdiyi məlumata görə SOCAR-ın keçmiş prezidenti Rövnəq Abdullayev Elxan Məmmədovu FİFA-da vəzifəyə yerləşdirmək üçün FİFA rəhbərliyinə külli miqdarda vəsait xərcləyib. Beləliklə, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova FİFA-da yüksək vəzifə verilib. O, artıq 1 ildən çoxdur ki, FİFA-nın Avropa Milli Assosiasiyalarla iş üzrə direktoru təyin olunub.
Belə ki, E.Məmmədov 2022-ci il mayın 1-dən müxtəlif regionlar üzrə FIFA Forward layihəsinin icrası, FIFA-nın Avropadakı 55 üzv ölkəsində futbolun inkişafı üçün lazımi layihələri müəyyən etmək, onların müxtəlif spesifik tələblərinin təhlilini aparmaq və bu layihələrin FIFA-nın iş prinsipi çərçivəsinə uyğunluğunu təmin etmək fəaliyyətini həyata keçirir.
FİFA prezidenti Canni İnfantino da Elxan Məmmədovun təyinatından danışıb: “Elxanın FIFA komandasına qoşulması bizim gücümüzə güc qatır. Onun futbolun dayaqlarını möhkəmləndirmək üçün götürdüyü öhdəliklər Azərbaycanda idman üçün faydalı olub. Məmmədovun öz təcrübəsini bütövlükdə Avropa futboluna da tətbiq edəcəyini düşünürəm və ona FIFA komandasına xoş gəlmisən deyirəm”.
AFFA-nın Mətbuat xidmətinin rəhbəri Firuz Abdulla “Qafqazinfo”ya açıqlamasında bildirmişdi ki, bundan sonra Elxan Məmmədovun əsas işi FİFA-da olacaq: “O, AFFA-da ictimai əsaslarla vitse-prezident kimi işləyəcək. Belə ki, icraçı vitse-prezident vəzifəsindən ayrılacaq”.
Hər kəs bilir ki, normalda vəzifəsini yaxşı, qüsursuz icra edən şəxsi ucaldarlar. Elxan Məmmədovun FİFA-dakı vəzifəsi Avropada futbolun inkişafına lazım olan layihələri müəyyən etməkdir.
Mənbə bildirir ki, bu adam, yəni, Elxan Məmmədov Azərbaycan futbolunda hansı uğura imza atıb, hansı inkişafa nail olub ki, onu futbolu Azərbaycanın futbolundan 55 dəfə öndə olan Avropanın 55 ölkəsində futbolun inkişafına dəstək olacaq layihələrin araşdırılıb müəyyən edilməsi vəzifəsinə təyin etsinlər?
Mənbə iddia edir ki, Rövnəq Abdullayeh imhisarını işə salmaqla guya avropada ciddi işlərlə məşğul olacağını dövlət başçısına sırayıb. Beləliklə böyük korrupsiya layihələri həyata keçirmək üçün daha böyük fürsətlər -FİFA.
Mənbə bildirir ki, FİFA rəhbərliyinində Elxan Məmmədova təşkil etdiyi şanlı qəbul təqdimatlarıda verilmiş çoxmilyonluq rüşvətin təsiridir.
P.S. Neftin pullarını futbol topu kimi ora bura vuran Rövnəq Abdullayev indidə Avropa layihələrinə səpələyəcək. Digər tərəfdən də AFFA-nı 15 il məhv edib, ayrılmış milyonları sağa-sola xərclədikdən sonra gizlənmək üçün, sudan duru çıxmaq üçün FİFA-dan yaxşı müdafiə ola bilməzdi. Axı nə qədər olmasa da adamdan sorulacaqdı “hanı 15 ildə gördüyün işin nəticəci ?”
Təsəvvür edin ki, AFFA Elxan Məmmədovun rəhbərliyi dövründə Almaniyada yaşayan azərbaycanlı uşaqların futbolla məşğul oması üçün 100 000 (yüz min) avro pul ayırırdı. Azərbaybaycanın region futbolunu məhv edib Almaniyada yaşayan azərbaycan uşaqlarının halına yanan Elxan Məmmədov. Bunlar hələ ictimayətin bildikləri faktlardır, görün bizlərin bilmədiyimiz nə qədər “pul silmələr” var.
Hesab edirik ki, bir gün xalqımız onun sərvətini belə külli-küfan edən şəxslər barəsində tədbir görəcəkdir.