Aktrisa Pərvin Abıyeva növbəti qalmaqallı açıqlaması ilə gündəmə gəlib.
Tacxeber.com xəbər verir ki, aktrisa “İnstaqram”da canlı yayımda ailə qurmaqdan danışıb.
Sualları cavablandıran Pərvin “bir kişiylə eyni evdə yaşaya bilmərəm. Özünü öldür bir ay dözərəm. Lap çox olsa, dava, qırğınla 1 il qalaram. Söz götürmürəm, normal insan deyiləm.
Vaxt keçdikcə də, insanın xarakteri oturuşur. 32 yaşım var, düşünmürəm ki, hansısa kişiylə, ərlə ömrümün sonuna kimi bir evdə yaşayım. Bir insanla bir evdə yat, gəz, səhər, axşam onu gör. Bezərəm. İnsan üçün darıxmağı sevirəm. Hər gün yanımda olsa, vay”, – deyə bildirib.(bizim.media)