Göbək yağlarından xilas olmaq bu qədər asan olmamışdı
Göbək ətrafını əridən kür: Mineral su, ayran, limon
Tacxeber.com yaya daha fit və sağlam girmək istəyənlər üçün göbək ətrafını əridən kürü sizlərlə bölüşür.
Mineral su -ayran və limon kürü ilə göbək ətrafınızdakı yağlardan və arzuolunmaz kilolardan yaxa qurtara bilərsiniz. Bəs bu kür necə hazırlanır, həqiqətən təsirlidirmi?
Çimərlik paltarını rahat, çəkilərinizdən utanmadan geyinmək istəyirsinizsə bu kürü tətbiq etməlisiniz. Hazırlanmasınada istifadə edilən ərzaqlar gündəlik qida rasionumuza da daxildir. Soda- ayran-limon kürü təsirini çox qısa müddətdə göstərir. 2 həftə ərzində nizamlı şəkildə istifadə etdiyiniz təqdirdə ata bilmədiyiniz kilolardan və göbək yağlarından xilas olmağınız mümkündür. Bu qarışıq həm də metabolizmanın sürətlənməsinə də kömək olur.
Lazım olanlar:
3 yemək qaşığı yarım yağlı qatıq
1 şüşə mineral su
1/2 limonun suyu
Qarışıq necə hazırlanır?
Yarım limonun suyunu qatığın üzərinə əlavə edin. Sonra yavaş şəkildə mineral suyu qarışığa əlavə edin və ayran hazırlayın. Mineral suyu asta-asta əlavə etməklə hədsiz dərəcədə köpüklənib daşmasını önləyəcəksiz.
Mineral su-ayran-limon kürünün tətbiqi:
Hazırladığınız kürü yeməkdən və gecə yatmazdan yarım saat əvvəl için. Bu kürlə bərabər pəhriz proqramı və ya nizamlı idman etsəniz təsirini daha sürətli görəcəksiniz. Müntəzəm olaraq içdikdə isə göbək yağlarınızın əriməsinə kömək edəcək.
Mineral su-ayran -limon kürünün digər faydaları
Mineral su mineral anbarıdır və həzmi asanlaşdırdığı kimi metabolizmanın sürətlənməsinə dəstək olur. Beləliklə də tez bir zamanda artıq çəkilərinizdən xilas olursuz.
Qatıq isə doyurucudur və uzun müddət insanı tox tutur.
Limon ecazkar bir enerji mənbəyi olduğundan orqanizmin müxtəlif hissələrində toplanmış yağların
parçalanmasına kömək edəcək. Eyni zamanda piylənmənin qarşısını alacaq və yağların əriməsinə kömək edəcək.