• 23 Noyabr 2024 09:04

Kriştianu Ronaldu dünyanın ən bahalı futbolçusudur…

Kriştianu Ronaldu dünyanın ən bahalı futbolçusudur...

İllik gəliri 136 milyon dollar təşkil edən Ronaldu  Messini geridə qoyub…

Dünyanın ən bahalı futbolçusu Ginnesin Rekordlar Kitabına düşüb

2017-ci ildən bəri və ilk dəfə olaraq bu gün Səudiyyə Ərəbistanının “Əl-Nəsir” klubunda və Portuqaliya yığmasında çıxış edən futbolçu Kriştianu Ronaldu dünyanın ən bahalı idmançıları siyahısına başçılıq edir.

Tacxeber.com xəbər verir ki, bu barədə “Forbes” jurnalı yazıb və bununla əlaqədar olaraq futbolçunun Ginnesin Rekordlar Kitabına düşdüyünü qeyd edib.

Məlumatda deyilir ki, əksəriyyət idman müqavilələrini əhatə edən 2022-ci ilin mayından 2023-cü ilin mayınadək ötən 12 ay ərzində Ronaldu 136 milyon dollar (107, 5 milyon funt sterlinq) qazanıb.

Bunun 46 milyon dollarını (35 milyon funt sterlinq) o, bilavasitə oyunlara görə, 90 milyon dollarını isə (68, 5 milyon funt sterlinq) meydançadan kənarda reklam və sponsor müqavilələrindən, həmçinin biznesdən gələn gəlirlərdən əldə edib.

“Mançester Yunayted” klubunda bir qədər məyusedici olan ikinci mövsümdən sonra 2023-cü ilin yanvarında Ronaldu Səudiyyə Ərəbistanının “Əl-Nəsir” komandasına keçərək, sərfəli müqavilə imzalayıb. Nəticədə onun əmək haqqı iki dəfə artaraq təxminən 75 milyon dollara (57 milyon funt sterlinq) çatıb.

Lakin bu gəlir onun meydançadan kənarda qazandığına nisbətən çox azdır. “Nayk” ilə ömürlük müqaviləyə əlavə olaraq Ronaldu həmçinin CR7 brend mallarının ticarətindən fəal şəkildə qazanc əldə edir.

Kriştianu Ronaldu dünyanın ən bahalı idmançısı titulunu əldə edən argentinalı futbolçu Lionel Messini geridə qoyub. O, 2022-ci il qonorarlar lideri olaraq son 12 ayda yalnız 130 milyon dollar (103 milyon funt sterlinq) qazana bilib.

İllik qazanca görə üçüncü yerdə Fransanın “Pari Sen-Jermen” futbol klubundan Kilian Mbappe qərarlaşıb. 2022-2023-cü illərdə onun sərvəti 120 milyon dollar təşkil edib.

“Forbes” jurnalı idmançıların qazancını bu sahənin insayderlərinin məlumatları, xəbərlər və əmək haqqı barədə məlumatlar bazası əsasında hesablayır.

Meydançada qazanc rəqəmlərinə əmək haqqı, mükafat və bonus pulları daxildir, hərçənd, meydançadan kənarda qazanca sponsor sövdələşmələri, çıxış üçün qonorarlar, xatirə əşyaları və lisenziyalardan gəlirlər, habelə idmançının xeyli payı olan istənilən biznesdən gələn pul gəlirləri daxildir.

Tacxeber.com

Oxşar xəbərlər