“Toppuş bacı“nın nadir videosu
Əri Röyal mərhum Əməkdar artist Tünzalə Əliyevanın heç yerdə olmayan videosunu yayımlayıb.
Tacxeber.com xəbər verir ki, videoda “Toppuş bacı” mahnı oxuyur.
“Bilmirəm nə zaman qovuşacağıq. Amma Allah şahiddir ki, həmin gün həyatımın ən gözəl günü olacaq. Həyatımın ən gözəl günü əvvəl Allaha, sonra ona qovuşmaq olacaq. İnsan dünyanı gəzib dolaşır, mərkəzini tapana qədər. Sən də mənim mərkəzimsən”, – deyə Röyal yazıb.