• 21 Sentyabr 2024 00:40

Musa Qurbanlıya yeni forması təqdim olundu – FOTO

 

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlıya yeni klubu “Yurqorden”də forması təqdim olunub.

Azərbaycanlı 21 yaşlı hücumçu İsveç təmsilçisində 22 nömrəli forma ilə çıxış edəcək.

Yüksək liqa təmsilçisi dünəndən komanda ilə məşqlərə başlayan Musa və digər yeni transfer anqolalı Feliks Vanın isçi vizası ilə bağlı hələ qərar verilmədiyini açıqlayıb. Bu səbəbdən onların sabah “Malmö”yə qarşı İsveç çempionatının 15-ci turunun oyununda iştirakı sual altındadır.

Qeyd edək ki, bu yay “Qarabağ”dan ayrılan M.Qurbanlı “Yurqorden”lə 3 illik müqavilə imzalayıb.

Tacxeber.com

Oxşar xəbərlər