• 21 Sentyabr 2024 01:41

Aparıcı Çiçəyin anası efirə çıxdı: “İstanbulda nəvəmə baxıram” – VİDEO

Aparıcı Çiçəyin anası efirə çıxdı: “İstanbulda nəvəmə baxıram” - VİDEO

“Çiçək” ləqəbi ilə məşhurlaşan teleradio aparıcısı Şəhla Vakkasın anası Sevda Vəliyeva efirə çıxıb. Tacxeber.com bizim.media-ya istinadən bildirir ki, televiziya ulduzunun valideyini qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində övladlarının olduqca çalışqan olduğunu söyləyib.

“Hazırda İstanbulda yaşayıram. Çiçəyin oğlu beynəlxalq məktəbdə təhsil alır. Bu il o doqquzuncu sinifə keçdi. Qızımın başı işlərinə qarışıb. Nəvəmə mən baxıram İstanbulda. O radioda hazırda çalışır. Çiçək çox çalışqan qızdır.

13 yaşından bəri işləyir. Bir gün evdə oturan kimi, darıxır. Çiçəkdən başqa bir oğlum da var. Oğlum Bakı Slovyan Universitetinə daxil olub. Prezident təqaüdü alır. Ailəsindən, məndən bir manat belə pul istəmir. Tələbəlik illərində o Türkiyənin bir neçə turustik şəhərinə gedib orada bələdçi kimi çalışırdı. İşləyib, gəşənd pul yığırdı. Bakıya qayıdıb, yenidən təhsilini davam edirdi”, – deyə aparıcının anası bildirib.


Oxşar xəbərlər