• 21 Sentyabr 2024 01:31

“Qarabağ” “Linkoln”a qarşı .

 

Bu gün “Qarabağ” Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Cəbəllütariq “Linkoln”u ilə cavab oyununa çıxacaq.

Tacxeber, com Qol.az-a istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq. Oyunu Albaniyadan olan hakimlər briqadası idarə edəcək.

Cəbəllütariqdə oynanılan ilk görüş Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Qarabağ” iki matçın cəmində “Linkoln” səddini aşarsa, 2-ci təsnifat mərhələsində Polşa “Rakuv”u ilə qarşılaşacaq.

Qeyd edək ki, ÇL-də 2-ci təsnifat mərhələsinin oyunları 25-26 iyul və 1-2 avqust tarixlərində keçiriləcək.

Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi, cavab oyunu

20:00. “Qarabağ” – “Linkoln”

Hakimlər: Eldorjan Hamiti, Ridiger Çokaj, Ani Koçiaj, Cjapi Kreşnik (Albaniya)

Bakı Olimpiya Stadionu.

İlk oyun – 2:1.

Tacxeber.com

Oxşar xəbərlər