• 11 Noyabr 2024 02:18

Spirtli içkini bu meyvələrlə qarışdırmaq olmaz

 

Sitrus meyvələri ilə birlikdə spirt qaraciyər üçün daha təhlükəlidir.

“Medicina” xəbər verir ki, hepatoloq Serqey Vyalovun sözlərinə görə, bir çox insanlar spirtin sitrus meyvə suyu ilə qarışdırıldığı kokteylləri sevirlər. Belə bir birləşməni qaraciyər üçün təhlükəlidir.

“Qaraciyərdə sitrus meyvələri daha sürətli udulmaq və xaric olmaq üçün spirtlə rəqabət aparır. Nəticədə zəhərli maddələr daha yavaş bir sürətlə zərərsizləşdirilir, spirt qaraciyərə və bütövlükdə bədənə daha çox zərərverici təsir göstərir.

Həmçinin bu qarışıqlıqlar qaraciyərə zərərdir:

Kəskin acılı. Acılı qəlyanaltılar yeyərkən, həzm sisteminin selikli qişası qıcıqlanır və həssas olur.

Yağlı. Spirt və yağın birləşməsi mədəaltı vəzi üçün zərərlidir, pankreatitə səbəb olur.

Şirin. Alkoqol ilə birlikdə bağırsaq mikroflorasını məhv edir, bağırsaqlarda zərərli bakteriyaların inkişafına kömək edir.

Turşu xiyarın spirtlə birləşməsi mədəyə ciddi zərər verə, qastrit və eroziyaya səbəb ola, tez-tez təkrarlananda isə hətta xoralar əmələ gələ bilər. Çünki, marinadlar mədədə spirtin udulmasını artırmaq xüsusiyyətinə malikdir. Nəticədə, selikli qişa spirtin daha güclü təsirinə məruz qalır, bu da zədələnmə və iltihablanma ehtimalını artırır.

Tacxeber.com

Oxşar xəbərlər