• 21 Sentyabr 2024 04:43

Tanınmış telejurnalist Natəvan Babayevanın nəşi Salyana gətirilib – YENİLƏNİB – VİDEO

 

Tanınmış telejurnalist Natəvan Babayevanın nəşi Salyan rayonuna gətirilib.

“Report”un Aran bürosunun məlumatına görə, N.Babayeva sabah səhər saatlarında doğulduğu Parça Xalac kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Telejurnalist uzun müddət idi onkoloji xəstəlikdən əziyyət çəkirdi.

Qeyd edək ki, N.Babayeva 1977-ci ildə Salyan rayounun Parça Xalac kəndində anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra uzun illər ANS-də, 2016-cı ilin sonlarından AzTv-də aparıcı işləyib.

Allah rəhmət eləsin!

***

Tanınmış aparıcı Natəvan Babayeva vəfat edib.

Yaxınlarının Manset.az-a verdiyi məlumata görə teleaparıcı bu dəqiqələrdə vəfat edib. Mərhum Salyanda dəfn olunacaq.

Qeyd edək ki, tanınmış jurnalist bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Allah rəhmət eləsin!

 

Oxşar xəbərlər