• 21 Sentyabr 2024 06:51

Əks-hücum uğursuzdur? Tələsməyin, görəcəksiniz…

Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun uğurunu mühakimə etmək hələ tezdir. Ukrayna hərbçiləri yerdəyişmə etdiyi zaman cəbhədə dəyişiklik yaranacaq.

Bu sözləri ABŞ Dövlət katibi Entoni Blinken deyib.

“Biz lap əvvəldən demişdik ki, bu, çətin olacaq. Siz yəqin ki, eşitmişdiniz, çoxları bildirirdi ki, ruslar ciddi və möhkəmləndirilmiş müdafiə xətti hazırlayıblar. Ukraynalılar onları keçirlər”, – o bildirib.

Blinkenin sözlərinə görə, ukraynalılar Rusiyanın müharibənin əvvəlindən işğal etdikləri torpaqların yarısını azad ediblər:

“Ukraynalılar uğur üçün hər şeyə malikdirlər, çünki onlar öz torpağı, öz vətəni, öz gələcəyi, öz azadlığı üçün vuruşur. Onlar yerdəyişmə edib hərəkətə keçəndə son aylarda təlim keçmiş qüvvələr və biz də daxil olmaqla, təxminən 50 ölkənin təqdim etdiyi texnikalar əhəmiyyətli dəyişiklərə gətirib çıxaracaq”. (Axar)

Tacxeber.com

Oxşar xəbərlər