Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun ofisində axtarış aparılır.
Tacxeber.com xəbər verir ki , bu barədə onun müavini Ədalət Yusubov məlumat yayıb.
***
18:51
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib.
Bu barədə DİN-in mətbuat xidmətinin əməkdaşı Anar Qafarov bildirib.
Araşdırma aparılır. Əlavə məlumat veriləcək.
***
18:38
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu saxlanılıb.
Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərov məlumat verib.
“Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel”) Qubad İbadoğlunu saxlayıb” – R.Səfərov qeyd edib.