• 23 Noyabr 2024 10:57

Hazır qəhvələrin insan sağlamlığına bilmədiyiniz zərərləri

 

Piylənmə günümüzün əsas sağlamlıq problemlərindən biridir. Qida dəyəri az olan, lakin yüksək kalorili qidalar arıqlama proseslərini çətinləşdirir və orqanizmin vaxtından əvvəl qocalmasına səbəb olur.

Tacxeber.com xəbər verir ki, gündəlik həyatımızda tez-tez istehlak etdiyimiz bəzi qidalar sağlamlığımıza heç bir fayda vermədiyi kimi yüksək kalorili nisbətləri ilə sürətli çəki artımına səbəb ola bilər.
Boş enerji qaynağı olaraq da təyin olunan bu qidalar vitamin və minerallar baxımından kifayət qədər əskik olan qidalar arasındadır.
Xüsusilə cips, souslu qoz-fındıq və şokoladlı fındıq yağları doymuş yağ nisbətləri baxımından bədənimiz üçün təhlükəlidir.

Bal, qaymaq, tahin, bəkməz, mürəbbə və marmelad da həddindən artıq istehlak edildikdə nəzarətsiz çəki artımına səbəb ola bilər.
Səhər-axşam istehlakdan vaz keçə bilmədiyimiz hazır qəhvə də tərkibindəki şəkər və krem tərkibi ilə orqanizmin kalori toplamasına səbəb olur.

ABŞ-ın məşhur “MedlinePlus” tibbi jurnalı hazır qəhvə istehlakının riskli olmadığını, bunun yalnız çəki artımına səbəb olduğunu, şüursuz şəkildə istehlak edilən hazır qəhvənin isə sinir sisteminə zərər verdiyini açıqlayıb.

Əzələ uyuşmasına da səbəb olduğu bilinən həddindən artıq qəhvə istehlakı bəzi heyvan təcrübələrində xərçənglə əlaqələndirilib.
Xüsusilə dənəvər qəhvənin tərkibində olan akrilamid insan sağlamlığına uyğun olmayan kimyəvi maddələr arasındadır. Akrilamid qəhvə dənələrinin yüksək temperaturda qovrulması zamanı əmələ gələn potensial kanserogendir.

Hazır qəhvənin də böyrək sağlamlığı üçün risk yaratdığına dair bəzi mübahisələr var, lakin kifayət qədər sübut yoxdur.
Gündə 2-3 fincandan çox qəhvə içməyin kortizol səviyyəsini artırdığı və stress hormonu adlanan kortizolun orqanizmdə erkən qocalmasına səbəb olduğu ortaya çıxıb.

Tacxeber.com

Oxşar xəbərlər