Rusiyada erməni məscidə hücum etdi: hər yeri dağıtdı – VİDEO
Krasnoyarskda məscidə hücum edilib.
Tacxeber.com Rusiya mediasına istinadən xəbər verir ki, hadisəni törədən şəxs pəncərələri, qapıları və minbərləri çəkiclə sındırıb.
O, hərəkətini “səmavi Qüdsün sakini olmaqla” və “məsciddə şeytana sitayiş edildiyini” deməklə özünə haqq qazandırmağa çalışıb.
Həmin şəxs məscidin əməkdaşları tərəfindən saxlanılaraq polisə təhvil verilib.
Məlum olub ki, hadisəni törədən erməni Vreş Artsunyan əvvəllər quldurluğa görə məhkum olunub və psixiatriya xəstəxanasında qeydiyyatdadır.
Polis araşdırma aparır.