Lionel Messinin “İnter Mayami”də debüt oyunu Amerika televiziyasında rekorda imza atıb.
Tacxeber.com “TyC Sports”a istinadən yaydığı xəbərə görə, komandanın Liqa Kubokunda “Kruz Azul”a (2:1) qarşı oyununu 12,5 milyon insan izləyib. Bu, Amerika televiziyası tarixində ən çox baxılan futbol oyunudur.
Bu oyuna 2022-ci ildəki NBA finallarından daha çox tələbat olduğu qeyd edilir. “Boston” və “Qolden Steyt” oyunlarına orta hesabla 12,4 milyon tamaşaçı baxıb.
Qeyd edək ki, Messi “Kruz Azul”la oyunun (2:1) 54-cü dəqiqəsində ehtiyatdan meydana daxil olub və 90+4-cü dəqiqədə cərimə zərbəsində qələbə qolunu vurub.