• 24 Noyabr 2024 19:45

İstanbul-Mərakeş təyyarəsində qapını sındırdılar – Faciəvi hadisə

 

İstanbul-Mərakeş reysini həyata keçirən Türk Hava Yollarına məxsus təyyarədə faciəvi hadisə baş verib. Sərnişinlərdən birinin intiharı ilə əlaqədar təyyarənin heyəti Əlcəzairin paytaxtında məcburi eniş edib.

Tacxeber.com xəbər verir ki, sərnişinin uzun müddət tualetdə qalaraq çölə çıxmaması təyyatə ekipajında cidid narahatçılığa və şübhələrə səbəb olub.

Ekipaj sərnişinin şübhəli davranışını fərq etdikdən sonra təcili tədbirlər görülüb. Onlar tualetin qapısını sındırıb açaraq kişini çıxarıblar. Təcili tibbi yardıma baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Tacxeber.com

Oxşar xəbərlər