“Rusiya 2020-ci ildən ilk dəfə olaraq Şimali Koreyaya neft tədarükünü bərpa edib, əvəzində Pxenyan Moskvaya döyüş sursatları verir…”
“BMT sanksiyaları altında olan Rusiya və Çin Şimali Koreya ilə gizli ticarətlə məşğuldur…”
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Şimali Koreyada rəsmi səfərdədir.
Bu barədə Amerikanın “Bloomberg” nəşri yazıb və səfərin əsl məqsədlərini açıqlayıb.
“Sunan (Pxenyanın ətraf şəhəri) beynəlxalq hava limanında Rusiya nümayəndə heyətinin Koreya Xalq Ordusu Fəxri Qarovulu bölüyünün iştirakı ilə rəsmi qarşılanma mərasimi keçirilib.
Təyyarənin pilləkəni yanında Koreya Xalq Demokratik Respublikasının müdafiə naziri, ordu generalı Kan Sun Nam Rusiya müdafiə nazirini salamlayıb”, – məlumatda deylir.
Qeyd edilir ki, Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyəti “Koreya xalqının 1950-1953-cü illərdə Vətən azadlıq müharibəsində qələbəsinin 70 illiyinə” həsr edilmiş təntənəli mərasimdə iştirak edəcək.
“Bu səfər Rusiya-Şimali Koreya hərbi əlaqələrinin inkişafına kömək edəcək və iki ölkə arasında əməkdaşlığın inkişafında mühüm mərhələ olacaq”, – bunu Rusiya Müdafiə Nazirliyi bəyan edib.
“Euronews” tekekanalının məlumatına görə, rusiyalılarla bərabər KXDR-ə həmçinin Çindən nümayəndə heyəti gəlib.
Ukraynada tammiqyaslı müharibə başlanandan bir sıra Qərb ölkələri, o cümlədən ABŞ hakimiyyəti dəfələrlə Pxenyanla Moskva arasında hərbi əməkdaşlıq haqqında bəyan edib.
O cümlədən KXDR-in rusiyalı hərbçilərə Rusiyada ehtiyatları tükənən döyüş sursatları və texnikanın tədarük edilməsindən danışılıb.
Amerikanın “Bloomberg” nəşri yazır ki, Rusiya 2020-ci ildən ilk dəfə olaraq Şimali Koreyaya neft tədarükünü bərpa edib.
Əvvəllər Rusiya KXDR-ə yalnız taxıl tədarük edib. Qərb güman edir ki, bunun əvəzində Pxenyan Moskvaya Ukraynada müharibə üçün döyüş sursatları verir. Hərçənd, Şimali Koreya bunu inkar edir.
Məlumatda daha sonra deyilir ki, KXDR 152 mm-lik artilleriya mərmilərinə malikdir, bunlar da Rusiyaya gərəkdir, çünki sovet dönəminin silahlarına uyğundur.
Silahlar üzrə ekspert Cust Olimans hesab edir ki, Pxenyan öz ehtiyatlarının bir qismindən baha qiymətə xilas olmaq imkanından beşəlli yapışacaq.
İqtisadçıların dəyərləndirmələrinə görə, əgər Şimali Koreya bir ədəd mərmini min dollara satarsa, o zaman 250 min mərmi satışından əldə edilən gəlir ÜDM-in təxminən 1 faizini təşkil edəcək.
“Bloomberg” yazır ki, Şimali Koreyaya Çin də kömək edir. Bundan başqa, Pxenyanla Moskva kibercinayətlə məşğuldur.
Məhz bu, Kim Çen Ina ölkənin ayaqda durması üçün idtisadiyyatın sabitliyini təmin etməyə kömək edir, nəşr yazıb.
Məqlədə deyilir ki, Rusiya və Çin yüksək vəzifəli məmurlardan ibarət nümayəndə heyətlərini göndərməklə özlərinin Pxenyana dəstəyini nümayiş etdirir.
Bundan başqa, bu ölkələr BMT-nin sanksiyaları altında olduğundan Şimali Koreya ilə gizli ticarətlə məşğuldur. (Moderator)