• 22 Noyabr 2024 19:18

Mən Əliyev kimi lider istəyirəm – Erməni jurnalist

 

Mən azərbaycanlıların yerində olmaq istəyirəm. İstəyirəm ki, ölkəmin rəhbəri əlini masaya qoyub “bizimdir” desin!

Tacxeber.com xəbər verir ki, bu barədə “Hraparak” nəşrində Zara Marqaryan adlı müəllif yazıb.

O bildirib ki, danışıqları Bayramov kimi təcrübəsi olan “hiyləgər”in aparmasını istəyir:

“İstəyirəm ki, mənim hökumətimin beynəlxalq məhkəmələrdəki nümayəndələri mövcud faktları gizlətməsinlər, olmayanları uydursunlar və bütün qonşu dövlətləri tarixi vətən adlandırsınlar.

İstəyirəm ki, saxta SNOC-da işləyən oğlanlar gözəl qızların şəkilləri ilə düşməndən gizli məlumatlar çıxarsınlar. Mən müharibə zamanı saysız-hesabsız pilotsuz təyyarələr bağışlayacaq və generallarını köməyə göndərəcək strateji tərəfdaş istəyirəm.

İstəyirəm ki, rəhbərim danışıqlar zamanı düşməni ələ salsın, onu alçaltsın, məğlubiyyətlə burnunu ovsun.

İstəyirəm birinci xanımım badımcan şorbası bişirməsin, əri ilə Şuşadə cəsarətlə dayanıb festivalın açılışını elan etsin.

İstəyirəm ki, düşmən öz evlərində acından ölsün, bizim “sorosçular” isə ümumilikdə ekoloji mülahizələrə əsaslanaraq yeganə yolu sinələri ilə bağlasınlar”.//Axar.az

Tacxeber.com

Oxşar xəbərlər