İrlandiyalı müğənni və bəstəkar Şineyd OKonnor 57 yaşında vəfat edib.
Bu barədə ifaçının ailəsinin yaydığı məlumatda deyilir.
“Əziz Şineydin vəfatını böyük hüznlə elan edirik. Onun ailəsi və dostları kədərlənir və bu çox çətin vaxtda onların şəxsi həyatına hörmət edilməsini xahiş edirlər”, – bəyanatda bildirilir.
Qeyd edək ki, OKonnor uzun müddət ruhi xəstəliklə mübarizə aparıb, intihara cəhd edib.
Onun ölüm yeri açıqlanmayıb. Məlumata görə, son vaxtlar müğənni əsasən ölkənin şimalındakı Roskommon qraflığında və ya Londonda yaşayıb.
Xatırladaq ki, 1990-cı ildə OKonnor ikinci studiya albomu olan “I Do Not Want What I Havent Got” üçün Qremmi mükafatı alıb. Bu alboma daxil edilən “Nothing Compares 2 U” mahnısı dünya miqyasında hitə çevrilib. Ümumilikdə, ifaçı 10 studiya albomu yazdırıb.
Müğənni bir neçə dəfə adını dəyişib. 2018-ci ilin sonlarında OKonnor müsəlman olduğunu bildirib və Şühəda adını qəbul edib.
O, dörd dəfə evlənib və dörd övlad sahibi olub. 2022-ci ilin yanvarında onun 17 yaşlı oğlu Şeyn intihar edib.