• 24 Noyabr 2024 01:25

Onkoloji xəstəliklər icbari tibbi sığortaya daxil edilməlidir?

 

“Onkolji xəstəliklərin dioqnostika və müalicəsi icbari tibbi sığorta zərfinə daxil edilmlidir”.

Bunu Qaynarinfo-ya açıqlamasında həkim Aydın Əliyev deyib. Onun sözlərinə görə, bu qrup xəstəliklər həm artım tendensiyasına malikdir, həm də xəstəliyin vaxtında aşkar edilməsi çox önəmlidir:

“Təəssüf ki, bizdə bu xəstəliklər hələ icbari sığorta zərfinə daxil edilməyib. Halbuki onkoloji xəstəliklər çox böyük say əhatə edir. Ona görə də yaxşı olar ki, ən qısa zamanda bu xəstəliyin müalicəsi sığorta zərfinə daxil edilsin. Çünki vaxtında bədxassəli şişin aşkar edilməsi xəstənin həyatını xilas edə bilir. Sığorta zərfinə daxil olmadığına görə insanlar maddi imkansızlıqdan vaxtında xəstəxanaya müraciət edə bilmirlər və həyatla vidalaşırlar”.

Aydın Əliyev təklif edib ki, bədxassəli şişlərin effekli müalicəsi üçün dövlət səviyyəsində ciddi maddi vəsait ayrılmalıdır:

“Onkoloji xəstəliklərin müayinə və müalicəsinin erkən diaqnostikasında və müalicəsi üçün ciddi elmi araşdırmalar aparılsın. Öndə olan ölkələrin təcrübəsindən istifadə edilsin, yalnız bundan sonra biz bu sahədə irəlləmiş olarıq”.

Həkim təəssüf hissi ilə bədxasəli şişlər üzrə olan xəstəliklərin həm dünyada, həm də Azərbaycanda artım tendensiyasına malik olduğunu vurğulayıb:

“Düzdür, az sayda ölkələr var ki, məsələn, İsrail, Amerika, İngiltərə və s.-də xərçəng xətəliyinin erkən müayinə və müalicəsində öndə olan ölkələrdir. Sığorta sayəsində proflaktik müayinələr edərək vaxtında bədxassəli şişləri aşkar edərək onların müalicəsi ilə məşğul olduqlarından belə xəstəliklərin sayı azalıb. Bədxassəli şişlərdə belə bir nüans var ki, nə qədər tez aşkar edilsə, onun müalicəsi də o qədər effektli olur. Yəni, birinci mərhələdə 100% sağalma şansı olan xəstədə şişi vaxtında aşkar edilməzsə, 4-cü mərhələdə artıq onun bütün orqanizminə metastaz yayılanda, limfa düyünlərində şiş inkişaf edəndə ona kömək etmək cətin olur”.

Aydın Əliyev bildirib ki, onkoloji xəstəliklərin müalicəsi çox çox bahalı olur:

“Həqiqətən bəzi xəstələrin müalicəyə imkanı çatmır, evini satanlar olur, kredit götürüb müayinə olunan, borca düşənlər var”.

 

Oxşar xəbərlər