• 22 Noyabr 2024 20:08

Türkiyədən gələn gəmidə yenə izlər tapıldı – Rusiya oxşar bəyanat verdi

 

Türkiyədən Rostov-na-Dona taxıl üçün gedən gəmidə yenidən partlayıcı maddələrin izləri aşkarlanıb. 

Tacxeber.com xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FSB/FTX) məlumat yayıb.

“İyulun 26-da taxıl məhsullarını yükləmək üçün Sinop limanından (Türkiyə) Kerç boğazı vasitəsilə Rostov-na-Dona gedən “VMO River” quru yük gəmisinin yük anbarında partlayıcı maddələrin izləri aşkar edilib”, – məlumatda deyilir.

Xatırladaq ki, FTX bundan öncə də oxşar məlumat yaymışdı. Bəyan etmişdi ki, iyulun 22-də taxıl yükləmək üçün Türkiyədən Rostov-na-Don limanına gedən xarici quru yük gəmisinin ambarında partlayıcı maddələrin izləri, habelə dəniz gəmisinin konstruksiya hissələrinə üçüncü şəxslərin müdaxiləsi əlamətləri aşkar edilib.

“May ayında gəmi Ukraynanın Kiliya limanında olub, iyulda isə 12 Ukrayna vətəndaşından ibarət ekipaj Türkiyənin Tuzla limanında tamamilə dəyişib”, – Rusiya qurumu ötən dəfə bildirib.

Tacxeber.com

Oxşar xəbərlər