• 23 Noyabr 2024 08:37

Ayaqqabı qutularından çıxan bu balaca paketlər nə işə yarayır?

Böyük məqsədə xidmət edən kiçik paketlər…

ayaqqabi-qutularindan-cixan-bu-balaca-paketler-ne-ise-yarayir

Yeni aldığımız ayaqqabı və çatnaların qutularından çıxan kiçik paketləri, adətən bir çox insanlar duzla səhv salırlar.

Tacxeber.com bildirir ki, heç kimin başa düşmədiyi və atdığı həmin paketlər əslində böyük məqsədə xidmət edir.

Əvvəla, ona duz deyil, “Silika gel” deyilir. Xüsusən də ayaqqabı kimi yeni bir məhsul alarkən, qutuya məhsulu nəmdən və kifdən qoruyan silika gel qoyulur.

Silika gel nəmliyin müəyyən qida və ticarət məhsullarına zərər verməsinin qarşısını almaq üçün istehsalçıların, adətən kiçik paketlərə yerləşdirdiyi bir növ quruducudur. Güclü nəmi çəkmə qabiliyyətinə malikdir. Bu gel torbalar öz çəkisinin 40 faizinə qədər olan nəmliyi uda bilir.

Rütubətli, tərli və havasız şəraitdə qalan ayaqqabı, çanta kimi əşyalarda qoxunun aparılmasına kömək edir.

Bundan başqa, silika gel əşyaların paslanmasının da qarşısını alır. Eyni zamanda, dərman və sənədləri qoruyur. Hətta islanmş telefonu silika gellə bərpa edə bilərsiniz.

Tacxeber.com

Oxşar xəbərlər