Norveç və Finlandiyanın bir neçə regionunda bu il rekord sayda quş qripi qeydə alınıb.Oxu.az xəbər verir ki, nəticədə minlərlə qağayı və digər heyvan növləri tələf olub, bəzi ərazilərdə səyahətlərə məhdudiyyətlər qoyulub.Norveçin Finnmark quberniyasının Arktikadakı Vadso şəhərciyinin səlahiyyətliləri ərazidən 10 mindən çox ölü quş topladıqlarını bildiriblər. Norveç Qida Təhlükəsizliyi İdarəsi isə üç qoruğu əhatə edən bölgəyə səyahətləri qadağan edib.Norveç Qida Təhlükəsizliyi Təşkilatının baş baytar həkimi Ole-Herman Tronerud – “Bu il Finnmarkda və müxtəlif yerlərdə müşahidə etdiyimiz epidemiyalar keçmişdə Norveçdə gördüyümüzdən daha böyükdür”, – deyə qeyd edib.
Qonşu Finlandiya da hazırda H5N1 ştammının 20 fermada aşkarlandığını bildirib.