“Hərbi hissəyə göndərilən siyahıda mənim də adım var idi. Travmatologiya İnstitutunda olanda mənə zəng edib dedilər ki, neçə gündür elə bilirik şəhid olmusan”.
Tacxeber.com xəbər verir ki, bunu Baku TV-də yayımlanan “44 gün” verilişində Vətən müharibəsi qazisi İlham Mehdiquliyev keçdiyi döyüş yolundan danışarkən deyib.
Qazinin sözlərinə görə, müharibədə onun adı səhvən şəhid olanların siyahısına düşübmüş.