• 25 Noyabr 2024 14:26

CAR prezidentindən Putinə: “Biz hədiyyə üçün gəlməmişik”

 

Cənubi Afrika Respublikasının prezidenti Siril Ramaposa Sankt-Peterburqda keçirilən Rusiya-Afrika zirvə toplantısında sərt çıxışı ilə yadda qalıb.

Tacxeber.com xəbər verir ki, Rusiya prezidenti ilə görüşdə o, həmkarını Ukrayna taxılının Qara dənizdən ixracına imkan verən sazişə geri qayıtmağa çağırıb.

“Biz bura hədiyyə istəməyə gəlməmişik. Siz səxavət göstərərək müəyyən çətinliklərlə üzləşən bəzi Afrika ölkələrinə taxıl bağışlamaq qərarına gəldiniz. Lakin bu, bizim əsas məqsədimiz sayılmır”, – deyə CAR prezidenti bildirib.

“Siz taxıldan danışdınız. Biz Qara Dəniz Taxıl Təşəbbüsünün həyata keçirilməsini istədik, Qara dənizin açılmasının zəruriliyindən danışdıq. Qara dəniz dünya bazarlarına açıq olmalıdır”, – deyə Ramaposa təpkisini bu sözlərlə ifadə edib.

Xatırladaq ki, Putin daha əvvəl 6 dövlətə: Burkina-Faso, Zimbabve, Mali, Somali, Mərkəzi Afrika Respublikası və Eritreyaya 25-50 min ton taxıl tədarük edəcəyini edib. Lakin bu, ölkələrin ehtiyac duyduğu taxılın yalnız kiçik bir hissəsidir. Rusiya prezidenti həmçinin Moskvanın kommersiya əsasında Afrika bazarında Ukrayna taxılını əvəz etməyə hazır olduğunu bəyan edib.(müsavat)

Tacxeber.com

Oxşar xəbərlər