• 08 Sentyabr 2024 06:27

Rusiya Ukraynanın Krivoy Roq şəhərini vurdu: ölən və yaralananlar var

 

Rusiya Ukraynanın cənubundakı Krivoy Roq şəhərində 9 mərtəbəli mənzil və təhsil müəssisəsini raketlə vurub. 

Tacxeber.com “Haber7com”a istinadla xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Xidməti açıqlama verib.

“Ruslar 9 mərtəbəli yaşayış binasına raket zərbəsi endiriblər. Yanğın binanın 4-cü mərtəbəsində baş verib. Yanğından 2013-cü il təvəllüdlü uşaq xilas edilib. 4 nəfər həlak olub, 33 nəfər yaralanıb”,-açıqlamada qeyd olunub.

Digər tərəfdən hədəfdə olan mənzildən 3 nəfərin xilas edildiyi, 30 nəfərin isə təxliyə edildiyi bildirilib.

Tacxeber.com

Oxşar xəbərlər