Bir neçə gün əvvəl Prezidentin sərəncamı ilə Daşkəsən rayonunun icra başçısı vəzifəsindən azad olunan Əhəd Abıyev artıq Bakıya köçüb.
Yeni Sabah xəbər verir ki, paytaxta gəldikdən sonra o, Milli Məclisdəki keçmiş “parta” yoldaşları ilə görüşməyə başlayıb.
Ötən gün isə o məşhur YAP-çı, keçmiş millət vəkili və Naftalan şəhərinin sabiq icra başçısı Musa Musayevlə görüşüb. Bu haqda sosial mediada foto paylaşan M. Musayev yazıb:
“Uzun ayrılıqdan sonra 2000 – 2005-ci illərdə Milli Məclisdə parta yoldaşım və dostum Əhəd Abıyevlə görüşüb çay süfrəsi ətrafında söhbətləşdik”.