Azərbaycanda seysmik aktivlik artıb? – VİDEO
Azərbaycanda son bir ayda baş verən yeraltı təkanlar ən çox Xaçmaz, Hacıqabul, Qəbələ, Lənkəranda hiss edilib.
Yeraltı təkanların artması belə bir sualı aktuallaşdırır
Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mövzu ilə bağlı “Xəzər Xəbər”ə bildirib ki, elə bu gün 20 təkan qeydə alınıb: “Əslində belə zəif zəlzələlərin olmasında fayda var”.
Qurban Yetirmişli qeyd edib ki, təkanlar zamanı davranış qaydaları önəmlidir: “Bu məsələ ilə bağlı maarifləndirmə işləri genişləndiriləcək”.