• 26 Noyabr 2024 02:25

“Deyəsən “ilan boğan” vaxtların yadından çıxıb” – VİDEO

 

Bir müddət əvvəl Renka ləqəbi ilə şou-biznesdə məşhurlaşan oriental rəqslərin mahir ifaçısı Rəna Ağamuradovanın sosial şəbəkə hesabında yazdığı “Bakıda o qədər səviyyəsiz, tərbiyəsiz sürücülər var ki…

Artıq onlarla mübarizə aparmaq gücüm yoxdur. Bakıda bunların əlindən maşın sürmək nədir, yaşamaq belə istəmirsən.

Mən niyə hər gün stress yaşamalıyam axı” status müzakirə predmetinə çevrilib.

Tacxeber.com bildriir ki, Renkanın qalmaqallı fikirlərinə “Meyxəbər” verilişinin aparıcılarından olan meyxanaçı Vüqar Əbdulov lağa qoyub.

Vüqarın Renkaya cavabı belə olub:

“Renkanın deyəsən yadından çıxıb “ilan boğan” vaxtları (gülür). İndi bir dənə avtomibl almısan, gözün ayağının altını görmür? (barmaq silkələyir)”.

Qeyd edək ki, Renka bir müddət əvvəl özünə dəbdəbəli motosiklet alıb.

 

Oxşar xəbərlər