• 22 Sentyabr 2024 10:20

Şahruddin sabahkı oyunda iştirak edəcəkmi? – Qurban Qurbanovdan açıqlama

 

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qapıçıları Şahruddin Məhəmmədəliyev haqda danışıb.

Bu gün keçirdiyi mətbuat konfransında qolkiperin sabah “Rakov”la oyunda start heyətində olub-olmayacağına dair sualı da cavablandırıb. Onun sözlərinə görə, komandanın bütün oyunçularının sabahkı görüşdə iştirak imkanı var.

“Qarabağ”ın çalışdırıcısı Şahruddin Məhəmmədəliyevin buraxdığı səhvlərə görə azarkeşlər tərəfindən ciddi tənqid edilməsindən xəbərdar olduğunu deyib. O, qapıçının sabah meydana çıxmaq şansının yüksək olduğunu söyləyib:

“Yazılanlardan məlumatım var. Amma bu, kollektiv oyundur. Start heyət sabah bilinəcək. Şahruddinin oynamaq şansı çoxdur. Fikrimiz, diqqətimiz oyunda, rəqibdə olmalıdır. Biz oyundan kənara çıxmamalıyıq. Başımızı aşağı salıb, işimizi görməliyik. Hər bir futbolçumuz çalışmalıdır ki, bu oyunda səhvlərdən uzaq olsun. Eləcə də, qapıçılarımız”.

Xatırladaq ki, Çempionlar Liqasının ikinci təsnifat mərhələsində “Rakov”a qarşı Polşada keçirilən ilk oyunda Ş.Məhəmmədəliyev qolla nəticələnən kobud səhvə yol verib. “Qarabağ” həmin oyunda 2:3 hesabı ilə uduzub. Bu komandalar arasında cavab qarşılaşması sabah Bakıda keçiriləcək. (Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər