• 21 Sentyabr 2024 12:37

Zelenskinin ölümü ilə bağlı Ukraynanın planı – Politico

 

2022-ci ilin fevralında Ukraynada müharibə başlayandan bəri Rusiya təxribat və kəşfiyyat qrupları, o cümlədən çeçenlər və “Vaqner” muzdluları tərəfindən Ukrayna prezidenti Volodimir Zelenskiyə qarşı ən azı 10 ciddi sui-qəsd cəhdi edilib.

Tacxeber.com xəbər verir ki, bu barədə “Politico” yazır.

Nəşr qeyd edir ki, Ukrayna konstitusiyasına görə, prezident səlahiyyətlərini itirdiyi halda onun səlahiyyətlərini Ali Radanın sədri Ruslan Stefançuk öz üzərinə götürməlidir. Lakin sonuncunun əhali arasında yüksək etimad reytinqi yoxdur və müxalifət parlamentariləri arasında populyar deyil.

“Məhz bu səbəbdən davamlılığı təmin etmək üçün Ukrayna rəhbərliyindən olan nüfuzlu adamlar, yəqin ki, ölkəni ələ keçirəcəklər – administrasiya rəhbəri Yermak, xarici işlər naziri Kuleba, müdafiyə naziri Reznikov, eləcə də general Zalujnı”, – deyə nəşr bildirib.

Tacxeber.com

Oxşar xəbərlər