• 24 Noyabr 2024 01:49

Ağsuda örüş sahələri Abid Şərifovun şirkətinə satılıb

 

Ağsunun Nüydü kəndinin sakinləri mal-qaranı otarmaq üçün örüş tapa bilmir. Bunun səbəbi isə örüş sahələrinin satılmasıdır.

Tacxeber.com xəbər verir ki, bu barədə Qaynarinfo-ya sakinlər məlumat verib. Onların sözlərinə görə, örüş sahələri bir müddət əvvəl satılıb. Hazırda mal-qaranı otarmaq örüş yoxdur.

Sakinlər bildirir ki, həmin əraziləri “Evrascon” şirkəti alıb.

Bu məsələdə əsasən yeli bələdiyyə və icra başçısının müavini Füzuli Kərimlinin adı hallanır. İddia olunur ki, örüş sahələri 80 000 AZN-ə satılıb.

Ağsu Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb sakinlərin səsləndiridiyi iddialara aydınlıq gətirilməsini istəsək də, qurumdan telefon zənglərimizə cavab verən olmadı.

Hazırda Nüydü kəndinin sakinləri baş verənlərdən narazılıq edir. Onlar məsələ ilə bağlı yuxarı orqanlara şikayət etmək niyyətindədirlər.

“Evrascon” baş nazirin keçmiş müavini Abid Şərifovun şirkəti kimi tanınır. Sabiq baş nazir müavini özü isə mediaya açıqlamasında şirkətin qardaşına aid olduğunu bildirib.

Tacxeber.com

Oxşar xəbərlər