• 22 Noyabr 2024 00:46

Niyə Qarabağ qazisi icra başçısı Abdin Fərzəliyevin qəbuluna düşə bilmir ?

II Qarabağ müharibəsi iştirakçısı İlqar Cahangirov Abşeronun icra başçısı Abdin Fərzəliyevin qəbuluna düşə bilmədiyini deyir. 

O, sosial problemləri ilə bağlı dəfələrlə Abdin Fərzəliyevin qəbuluna düşmək istəsə də, onu müxtəlif bəhanələrlə uzaqlaşdırıblar.

İlqar Cahangirov icra başçısının biganə münasibətindən ölkə rəhbərliyinə şikayət edir.

O, deyir ki, Fərzəliyev ölkə başçısının tapşırıqlarına əməl etmir, vətəndaşlara, qazilərə biganə münasibət göstərir.

İlqar Cahangirov II qrup əlildir.

O, İlham Əliyevin göstərişi ilə 2021-ci ildə Bakı şəhərində mənzillə təmin olunub. Həmçinin xidmətlərinə görə 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla, Silahlı qüvvələrin 90, 95 və 100 illiyi yubiley, Azərbaycan ordusunun yaranmasının 10 illiyi yubiley, hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli, Füzulinin, Cəbrayılın, Xocavəndin, Şuşanın azad olunmasına görə, döyüşdə fərqlənməyə görə və vətən müharibəsi iştirakçısı medalları ilə təltif olunub.

Dediyinə görə, atası Əlisafa Cahangirov da Birinci Qarabağ müharibəsinin iştirakçısı olub, anası Zəminə Cahangirova qəhrəman ana adını alıb və ömürlük 1-ci qrup əlildir.

İki qardaşından biri Altay Cahangirov Birinci Qarabağ döyüşlərində yaralanıb, ömürlük 2-ci qrup əlildir və digər qardaşı Fərahim Cahangirov birinci Qarabağ müharibəsi veteranıdır.

Abdin Fərzəliyevdən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya şikayət edən Qarabağ qazisi onlardan kömək istəyib.

“Bir sözlə, biz ailəlikcə vətənimizə və dövlətimizə bağlı şəxslərik. Abşeron rayon icra hakimiyyətinin başçısı Fərzəliyev Abdin Ələskər oğlu, Prezidentin tapşırıqlarına məhəl qoymayaraq özünü ağa kimi, xan kimi apararaq vətəndaşlara yuxarıdan aşağı baxır.

Təsəvvür edin ki, mən 2022-ci ilin dekabr ayından bu günə qədər Abdin Fərzəliyevin qəbuluna düşə bilmirəm. Hər dəfə Abşeron rayon İcra Hakimiyyətinə getdikdə “Abdin müəllim burada yoxdur, iclasdadır” filan kimi bəhanələrlə məni yola salırlar. Mən icra başçısının qəbuluna gedirəm, lakin məni qapıda duran polis qəbul edib yola salır”, – deyə o bildirib.

Abşeron Rayon İcra Hakimiyyəti qazinin şikayətinə münasibət bildirməyib.

Tacxeber.com

Oxşar xəbərlər