• 21 Sentyabr 2024 06:48

Futbolçu timsaha yem oldu – VİDEO

 

Kosta-Rikanın Quanakaste əyalətinin “Deportivo Rio Canas” futbol komandasında çıxış edən “Çuço” ləqəbli 29 yaşlı həvəskar futbolçu çayda çimərkən timsahın hücumuna məruz qalaraq ölüb.

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, hadisənin şok görüntülərində timsahın Çuçonun cəsədi ilə suda üzdüyü əks olunub.

Daha sonra yerli sakinlər timsahı öldürürək futbolçunun cəsədini xilas edilib.

Çuçonun ailəsi ictimaiyyətə müraciət edərək futbolçunun dəfn mərasiminin pulunu ödəməyi xahiş edib.

Komandanın meneceri Luis Karlos Montes isə xeyriyyə kampaniyası təşkil edib.

 

Oxşar xəbərlər