• 21 Sentyabr 2024 08:25

“Onun Messi olması məni maraqlandırmır” – Baş məşqçi əsəbiləşdi

 

“Orlando Siti”nin baş məşqçisi Oskar Parexa Liqa Kubokunda “İnter Mayami” ilə oyundan (1:3) sonra hakimliyi tənqid edib. 

Tacxeber.com xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat “İnter Mayami”nin hücumçusu Lionel Messinin meydandan qovulmalı olduğunu deyib: “Bu gün sirk idi! Messiyə ikinci sarı vərəqə verilməli idi. Onun Messi olması məni maraqlandırmır.

Penalti və başqa qərarlar gülməli idi. Çox əsəbiləşdik və özümüzü bərpa etməyə çalışdıq. Bu oyunda bəzi hallar var idi ki, olmamalı idi”.

Qeyd edək ki, Messi sözügedən görüşdə dubla imza atıb.

Tacxeber.com

Oxşar xəbərlər