• 25 Noyabr 2024 11:23

Xərçəngi yox edən həb hazırlandı

 

ABŞ alimləri məqsədyönlü kimyaterapiya vasitəsilə şişləri məhv edən “xərçəng öldürücü həb” hazırlayıblar.

Tacxeber.com xarici mətbuata istinadən xəbər verir ki, yeni dərmanın döş və prostat vəzi də daxil olmaqla xərçəngin bir çox növünün müalicəsində təsirli olduğu qeyd edilib.

20 illik tədqiqatın nəticəsi olan həb ABŞ-ın ən böyük xərçəng tədqiqat və müalicə təşkilatlarından biri olan “City of Hope” tədqiqat qrupu tərəfindən hazırlanıb.
“AOH1996” adlı molekul xərçəng hüceyrələrinə hədəflənərək kimyaterapiya yolu ilə təsir göstərir.

Tədqiqat qrupunun professoru Linda Malkas nəticələrin ümidverici olduğunu və “AOH1996”ın toksikliyə səbəb olmadan şiş böyüməsini yox etdiyini açıqlayıb.

“Cell Chemical Biology” jurnalında sözügedən molekulun 70-dən çox xərçəng hüceyrə xəttində sınaqdan keçirildiyi bildirilib.

Tacxeber.com

Oxşar xəbərlər