• 25 Noyabr 2024 12:02

Türkiyə İsveçdə Quranı yandıran şəxs barədə həbs qərarı verib

 

Türkiyə Baş Prokurorluğunun başlatdığı istintaq çərçivəsində İsveçin paytaxtı Stokholmda Quranı yandıran Bəhrami Mərcan haqqında həbs qərarı çıxarılıb.

Tacxeber.com xəbər verir ki, Baş Prokurorluğun tələbi ilə Ankara 5-ci Sülh Cəza Məhkəməsi şübhəli Mərcan haqqında həbs qərarı çıxarıb.

Həmçinin, Türkiyə Baş Prokurorluğu bu il bəzi Avropa ölkələrində Məhəmməd peyğəmbəri və dini dəyərləri təhqir edənlər, həmçinin Quranın yandırılması ilə bağlı araşdırmalara başlayıb.

Bu çərçivədə İsveç, Danimarka və Hollandiyada Qurana hücum edən şübhəlilər, oxşar hərəkətləri həyata keçirən Rasmus Paludan və Edwin Wagensveld, Salvan Momika, Hanne Kronborg, Lars Theilade, Karin Jorgensen, Bjarne Petersen, Dion Oland Hansen, Toke Utzen Lorenzen, Philip Bagge, John Lydeking Andersen eyni cinayətlərə görə həbs qərarı verilib.

Baş Prokurorluq, həmçinin hüquq-mühafizə orqanlarına oxşar əməlləri törədən şəxslərin və sübutların, habelə sözügedən adların müəyyən edilməsi ilə bağlı göstəriş verib.

Xaırladaq ki, iranəsilli Bəhrami Mərcanın dünən Stokholmda polisin iştirakı ilə Quranı yandırdığı müəyyən edilib.

Tacxeber.com

Oxşar xəbərlər