• 29 Noyabr 2024 18:51

Kirəyə mənzil axtaranların NƏZƏRİNƏ! – Bu tarixdən qiymətlər BAHALAŞACAQ – VİDEO

 

Tələbələrin gəlməyini sayılı həftələr qalsa da yaxın günlərdə kirayə mənzil bazarında canlanma gözlənilir.

Tacxeber.com xəbər verir ki, ekspertlər bildirir ki, bu aktivlik qiymətlərdən də yan keçməyəcək.

Əmlakçılar hesab edir ki, hər il ortalama hesabla kirayə bazında 10 faizdən artıq bahalaşma olur.

Onlar bildirib ki, hazırda baha qiymətə təklif olunan evlər tələbələr üçün əlçatan olmadığından onlar artıq universitetə yaxın ərazilərdə yox daha çox münasib qiymətə olan evlərə üstünlük verirlər.

Ekspertlərin fikrincə, tələbə yataqxanalarının fəaliyyətinin bərpası bu problemi müəyyən qədər həll edər.

Onlar əlavə edib ki, kirayə mənzil bazarına təlabat ən çox sentyabr ayında artacaq. Ondan sonrakı dövrdə isə qiymələrdə cüzi enmə müşahidə ediləcək.

Qeyd edək ki, əvvəlki illərdən təhsil alan tələbələrin əksəriyyəti yay tətilində rayonlarda qalmasalar belə aylıq kirayə haqqını ödəməklə evlərini saxlayıblar.

Tacxeber.com

Oxşar xəbərlər