• 21 Sentyabr 2024 15:06

“Düşmən diziüstə sürünərək gəlməli və rəhm edilməsi üçün dualar etməlidir” – Medvedev

 

“Ukrayna yarımparçalanma mərhələsindədir, onun ərazisinin bir hissəsi Rusiyanın tərkibinə qayıdıb…”

 

“Əgər bu danışıqlar Zelenski planının dalan olduğunu Qərbə anlamağa kömək edəcəksə, onları faydalı hesab etmək olar…”

Medvedev Ukrayna üzrə danışıqların uğurlu olmasının üç şərtini açıqlayıb.

Moderator.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev özünün “Teleqram-kanal”ında Səudiyyə Ərəbistanda Ukrayna üzrə danışıqları şərh edərkən bəyan edib.

Onun sözlərinə görə, sülh haqqında təkliflər yalnız üç şərtə riayət edildikdə uğurlu ola bilər. Bunlar münaqişənin hər iki tərəfinin iştirakı; tarixi kontekstin nəzərə alınması; cari gerçəkliklərin nəzərə alınmasıdır.

Medvedev qeyd edib ki, Ukrayna “1991-ci ilədək heç vaxt mövcud olmayıb” və “o, Rusiya imperiyasının qalığıdır”.

O, həmçinin bəyan edib ki, qonşu ölkə “yarımparçalanma mərhələsindədir, onun ərazisinin bir hissəsi Rusiyanın tərkibinə qayıdıb”.

Medvedev vurğulayıb ki, “bu aydın nəsnələri qəbul etməyə hazır olan” vasitəçi Rusiya-Ukrayna danışıqlarında uğur qazanacaq.

“Yeri gəlmişkən, danışıqların özü hələlik lazım deyil. Düşmən diziüstə sürünüb gəlməli və rəhm edilməsi üçün dualar etməlidir”, – Medvedev deyib.

Xatırladaq ki, avqustun 5-də Ciddədə milli təhlükəsizlik üzrə və siyasi müşavirlərin iki günlük danışıqları başlayıb və orada Ukrayna özünün “sülh düstüru”nu təqdim edəcək.

Görüşdə təxminən 40 dövlətin nümayəndələri iştirak edir, Rusiya görüşə dəvət edilməyib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib ki, Moskva bu danışıqları izləyəcək.

Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, əgər Səudiyyə Ərəbistanında aparılan danışıqlar “Zelenski planı”nın dalan olduğunu “Qərbə anlamağa kömək edəcəksə”, o zaman bu danışıqlar faydalı olacaq.

Tacxeber.com

Oxşar xəbərlər