• 22 Noyabr 2024 12:02

Biləndə təəccüblənəcəyiniz detallar – Nə, nə üçündür?

Bu əşyalardan hər gün istifadə edirik. Amma üzərlərindəki kiçik detalların hansı işə yaradığını və ya mənasını bilmirik. 

bilende-teeccubleneceyiniz-detallar

 

Tacxeber.com gündəlik həyatımızda istifadə edilən şeylərin əsl mənasını təqdim edir.

Benzin göstəricisindəki ox işarəsi

Benzin göstəricisindəki ox işarəsinə baxaraq maşından enmədən avtomobilin yanacaq anbarı qapağının hansı tərəfdə olduğunu bilməkolur.  Bu eyni zamanda benzin stansiyasına girərkən park etməyi də asanlaşdırır.

Cins şalvarların cib kənarlarındakı düymələr

İlk cins şalvarlar tikiləndə ən böyük problem şalvarı geyən işçilərin hərəkətlərindən asılı olaraq tez-tez cırılması idi. Bu problemi şalvarın cib kənarlarında metal düymələrin tikilməsi ilə həll etdilər.

“Converse” idman ayaqqabılardakı dəliklər

Bu ayaqqabılar əslində basketbol ayaqqabısı kimi istehsal edilib.  Kənarlardakı bu dəliklərdə uzun olan ayaqqabı bağlarının bağlanması və eyni zamanda tərləyən ayaqların hava alması üçündür.

Maşının salon güzgüsündəki düymə

 Bu düymə gözü narahat edən işığın istiqamətini dəyişdirir.

Klaviaturadakı F və J hərflərindəki xətlər

F və J hərfləri 10 barmaqla yazarkən işarət barmaqlarının yerini göstərir. Hərflərin üzərindəki çıxıntıların köməyilə barmaqlarınızın olduğu səmti baxmadan da təyin edə bilərsiz.

Cins şalvarlardakı kiçik ciblər

Bu ciblər əslində 1880-ci illərdə istifadə edilən zəncirli cib saaatlarını qoymaq üçün hazırlanıb.  

Makaron qaşığındakı dəlik

Bu qaşıqdakı dəliyin əsas məqsədi bir nəfərlik spagetti porsiyasını müəyyən etməkdir.

Plastik qabların içərisindəki şəffaf halqa

Bunun məqsədi suyun dadını qorumaqdır.

Qələmlərin qapağındakı dəlik

Bu dəliyin mənası bir az qəribədir. Əgər bir uşaq bunu udarsa,  nəfəs yolunun tamamilə tıxanmasının qarşısını almaq üçündür.

Tacxeber.com

Oxşar xəbərlər