• 20 Sentyabr 2024 22:49

Daha 2 narkotacir böyük narkotik partiyası ilə tutuldu

Daha 2 narkotacir böyük narkotik partiyası ilə tutuldu

Ölkəyə qanunsuz yollarla 91 kiloqram narkotik vasitə gətirən daha 2 nəfər polisin keçirdiyi əməliyyat zamanı tutulub.

Tacxeber.com DİN_ə istinadla xəbər verir ki, Abşeron rayonu ərazisində keçirilən əməliyyat nəticəsində tutulanlar əvvəllər məhkum olunmuş, 1989-cu il təvəllüdlü, Zahid Məmmədov və 1998-ci-il təvəllüdlü Qabil Muradovdur.

Həmin şəxslərdən və idarə etdikləri avtomobildən 91 kiloqram, o cümlədən güclü təsirə malik 22 kiloqram heroin, 23 kiloqram “patı”, “şüşə” kimi adlandırılan metamfetamin, tərkibi psixotrop maddələrlə zənginləşdirilən 46 kiloqram qurudulmuş marixuana və 4300  ədəd “Metadon” həbi aşkarlanıb.

Araşdırmlarla Zahid Məmmədov və Qabil Muradovun mütəşəkkil dəstə yaradaraq İran vətəndaşı “Səxavət” adlı şəxslə qabaqcadan əlbir olmaqla ölkəyə narkotik vasitə və psixotrop maddələr gətirən əsas fiqurlardan olmaları və narkotiklərin pul dövriyyəsini təşkil etmələri müəyyən edilib.

Dəstə üzvləri narkotikləri Abşeron rayonu ərazisində yol kənarında gizlədilən yerdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədilə əldə ediblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, dəstə üzvləri barəsində həbs qətimkan tədbiri seçilib.

Tacxeber.com

Oxşar xəbərlər