• 22 Noyabr 2024 05:51

“Neftçi”nin “Beşiktaş”a qarşı necə oynamalı olduğunu Adrian Mutu daha yaxşı bilər” – MÜSAHİBƏ

“Tirana”nın baş məşqçisi Orqes Şehi Sportal.az saytına müsahibə verib. Albaniyalı məşqçi Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Beşiktaş” səddini keçə bilməmələrindən, üçüncü mərhələdə “Neftçi” ilə qarşılaşmaq istəklərindən danışıb. 

Müsahibəni sizə təqdim edirik.

– “Tirana”nın üçüncü mərhələdə “Neftçi” ilə qarşılaşmasını istədiyinizi demişdiz. Niyə “Beşiktaş” səddini keçə bilmədiniz, mümkünsüz idi?

– Biz ilk mərhələdə “Dinamo”(Batumi) səddini keçə bilmişdik. Yaxşı oyunlarımız olmuşdu, özünəinam qaydasındaydı. Sadəcə “Beşiktaş”a qarşı oynamaq çox çətindir. Çünki onların heyətində yaxşı futbolçular var, çox səviyyəli baş məşqçiyə sahibdirlər. Belədə, çətinliyimiz oldu.

– İstanbuldakı matçda 1:3 uduzmuşdunuz. Evdə istədiyiniz nəticəni əldə edəcəyinizə ümidiniz var idi?

– Bəli, İstanbuldakı matçda “Beşiktaş”a bir qol vura bilmişdik. Tiranadakı görüşdə istədiyimiz, bizi növbəti mərhələyə çıxaracaq nəticə üçün oynayırdıq. Lakin təəssüf ki, biz “Beşiktaş”a qol vura bilmədik. Həqiqətən çox çətin idi.

– “Beşiktaş” “Tirana”a səddini keçdiyi üçün bu gün “Neftçi” ilə qarşılaşacaq. Türkiyə klubunu daha yaxından tanıdınız. Adrian Mutuya hansı məsləhəti verərdiniz?
– Hər halda, Adrian Mutu özü “Beşiktaş”ın oyununa baxıb və onları analiz edib. Yəni, Türkiyə klubunun necə oynadığını yaxşı görüb. İstanbuldakı görüşdə biz “Beşiktaş”a qarşı 60 dəqiqə 4-3-3 sxemi ilə oynadıq, daha sonra dəyişikliyə getdik. Tiranadakı görüşdə isə meydana 3-4-1-2 sxemi ilə çıxmışdıq. Düşünürdük ki, bu bizə kömək olacaq. Lakin alınmadı. Amma “Neftçi”nin “Beşiktaş”a qarşı necə oynamalı olduğunu Adrian Mutu daha yaxşı bilər, nəsə deməyim, məsləhət verməyim doğru olmaz.

– “Beşiktaş”ın aparıcı üzvü Artur Masuaku sizinlə matçda qırmızı vərəqə ilə cəzalandırıldığı üçün “Neftçi”yə qarşı oynamayacaq…

– Ola bilər. Amma “Beşiktaş”da yeganı yaxşı oyunçu Masuaku deyil. Bu komandanın bütün futbolçuları səviyyəlidir.

– Yeri gəlmişkən, son olaraq sizin rəhbərliyiniz altında “Tirana”da oynamış Redon Cica haqda fikrinizi öyrənmək istəyirdim. “Qarabağ”ın heyətində avrokuboklarda artıq beş qol vurmağı bacarıb. Artıq Cica özünü sübut edib?

– Cicanın nəyə qadir olduğunu çox yaxşı bilirəm. Yəqin ki, xatırlayırsınız, onun haqda əvvəldən nələr söylədiyimi. “Qarabağ”a yeni gələndə demişdim ki, Cicaya yeni mövsümdə baxarsınız. Artıq qollarını vurur və komandasına xeyir verir. O, qollarına davam edəcək, buna əminəm.

Tacxeber.com

Oxşar xəbərlər