• 23 Noyabr 2024 01:30

Putinlə Priqojinin anlaşması pozuldu – Qiyamçılar geri dönürlər

 

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.

Rusiya hökumətindəki adı açıqlanmayan mənbə iddia edir ki, “Vaqner” muzdlularını Belarusdan çıxarılmasının birinci mərhələsini həyata keçirir. Artıq 500-600 döyüşçünün Krasnodar, Voronej və Rostov vilayətlərinə köçürüldüyü iddia edilir. İkinci mərhələ avqustun 13-dən sonra başlamalıdır.

Məlumatda qeyd olunur ki, Rusiyanın onların maaşlarını gözlənilənin əksinə olaraq kompensasiya etməyəcəyi bəlli olanda Belarus lideri Aleksandr Lukaşenko onları maliyyələşdirməkdən imtina etdiyi üçün “vaqnerçilər” Belarusu tərk edə bilərlər. Eyni zamanda, kiçik bir qrup Belarusda qalaraq belaruslu hərbçilərə təlim keçəcək.

Hələlik ISW analitikləri “Vaqner” qüvvələrinin kütkəvi şəkildə Belarusdan çıxarılmasının əyani sübutunu müşahidə etməyiblər.

“Vaqner” iyun ayında Rusiyada qiyama cəhd etmişdi. Bundan sonra qruplaşmanın Belarusa göndərilməsinə qərar verilmişdi.  (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər