• 23 Noyabr 2024 01:48

Boltondan şok iddia: “Xameneyinin ölümündən sonra…”

“İranın dini lideri Əli Xameneyinin ölümü bu ölkədə rejim dəyişikliyi ehtimalını hər zamankindən daha çox artıracaq”.

 

Bunu ABŞ prezidentinin keçmiş müşaviri Con Bolton deyib.

Onun sözlərinə görə, “İslam İnqilabı Keşikçiləri Korpusu” (SEPAH) səviyyəsində baş verəcək qarşıdurma səbəbindən Xamneyinin ölümündən sonra İranda rejim dəyişikliyi və demokratiyaya keçid ehtimalı həmişəkindən daha çox olacaq. Bolton SEPAH komandirləri və din xadimləri arasında qarşıdurmanı istisna etmir.

Onun fikrincə, İranın dini liderinin ölümü SEPAH-ı həmişəkindən daha həssas nöqtəyə gətirəcək. Bolton Xamneyinin hazırda 84 yaşının olduğunu və xəstəlikdən əziyyət çəkdiyini iddia edib.

ABŞ-ın keçmiş rəsmisi xatırladıb ki, İran liderinin fiziki durumu dəfələrlə pisləşib və Tehran rejimi Xamneyinin ölümündən sonra hakimiyyətin ötürülməsi mərhələsi üçün dəqiq real yol xəritəsinə malik deyil.

Boltonun fikrincə, bu o deməkdir ki, SEPAH-a qarşı təzyiqlər həmin andan sonra daha da artacaq və bu onu zəiflədəcək. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər