Lənkəranın icra başçısı Taleh Qaraşov istintaq orqanının əməkdaşları tərəfindən dindirilib. İcra başçısı təxminən iki saat müstəntiqləri maraqlandıran suallara cavab verib.
Bu barədə Yenisabah.az-a hüquq – mühafizə orqanlarındakı mənbələrdən məlumat daxil olub. Taleh Qaraşovun qardaşının qətli ilə bağlı dindirildiyi bildirilir.
Qeyd edək ki, Taleh Qaraşovun qardaş Azər Qaraşov iyulun 26-da odlu silahdan açılan atəş nəticəsində öldürülüb. Əvvəl mərhumun intihar etdiyi bildirilsə də, sonradan onun qətlə yetirildiyi məlum olub. Qanlı cinayət hadisəsi ilə bağlı Azər Qaraşovun oğlu Azay Qaraşov saxlanılıb.