• 08 Sentyabr 2024 06:58

“Nə baş verir, ölkədə rublı niyə dəyərdən düşür, indi bütün dünya bizə gülür?..”

“Mərkəzi Bank bütün ölkəni intizarda qoyib, rublun dəyərdən düşməsini heç izah da etmir…”

“Bir dollar 97 rubla, bir avro 107 rubla bərabərdir…”

Rublun məzənnədən düşməsi tanınmış rusiyalı təbliğatçıda isterika doğurub

Tanınmış rusiyalı təbliğatçı Vladimir Solovyov rublun Amerika və Avropa valyutalarına nisbətən məzənnəsini şərh edərkən birbaşa efirdə haray-həşir salıb.

Tacxeber.com Moderator.az-a istinadən  xəbər verir ki, bu barədə “Moskovski komsomolets” qəzeti məlumat yayıb.

“Mənim Dövlət Duması deputatlarına, Federasiya Şurasının üzvlərinə sualım var. Sizin ölkədə rublun məzənnəsindən xəbəriniz varmı? Zəhmət olmasa, deyin, görək, siz Mərkəzi Banka heç olmasa bircə sorğu göndərmisinizmi?

O adamlar gəlsinlər və açıq şəkildə Rusiya valyutasının başına nə gəldiyini izah etsinlər. Nə baş verib, ölkədə niyə rubl məzənnədən düşüb?”, – təbliğatçı maraqlanıb.

Solovyov qeyd edib ki, rublun aşağı məzənnəsi inflyasiyaya, istehlak qiymətlərinin artmasına gətirib çıxaracaq. Bu zaman pik hədd seçki kampaniyası zamanına təsadüf edəcək.

Haray-həşir salan təbliğatçı bunun günahını Mərkəzi Bankda görür və hesab edir ki, “Mərkəzi Bank bütün ölkəni intizarda qoyub, rublun nədən belə dəyərdən düşməsini hətta izah da etmir və bütün dünya indi bizə gülür”.

“Üç ən zəif valyutadan biri bizim rubldur. Bu, Mərkəzi Bankın “dahiyanə” siyasəti sayəsində mümkün olub və xalq ona nifrət edir”, – Solovyov bağırıb və sualın proqramın mövzusunda əks olunduğunun fərqində olmayıb.

Bundan öncə məlumat verilib ki, Rusiya rublu son günlər ucuzlaşır və getdilkcə dəyərdən düşür. Yay ərzində rubl dünyada üç ən zəif valyutalar üçlüyündə yer alıb və dəyişkənliyinə görə liderdir.

Bu gün Rusiya Bankının müəyyən etdiyi üzrə bir dollar təxminən 97 rubla, bir avro təxminən 107 rubla bərabərdir. Analitiklər payızda rublun daha da ucuzlaşacağını proqnozlaşdırır.

Tacxeber.com

Oxşar xəbərlər