• 20 Sentyabr 2024 05:03

Şuşa həbsxanasında əsir saxlanılan şəxs: Həbsxana rəisi bıçaqla gözümü çıxarıb yerə atdı

 

“Birinci Qarabağ müharibəsi zamanı 1 il 8 ay əsrlik həyatı yaşamışam. Onun 8 ayı Xankəndində olub. Ondan sonra Şuşa həbsxanasına gətirilmişəm. Biz Şuşa həbsxanasında olmazın işgəncələrlə rastlaşmışıq”.

Bunu Şuşa həbsxanasında erməni əsirliyində olan Cavid Hüseynov deyib. O qeyd edib ki, ermənilər dünyada olmayan və görünməyən işgəncələri azərbaycanlı əsirlərə veriblər. 1995-ci ilin mart ayının 21-i mənim gözümü çıxardılar. Gecəynən bizi kamerada sıraya düzdülər. Hamımızı döydülər, mənim əllərimi bağladılar, dubinka ilə döyəndən sonra başımı dik qaldırdılar və soruşdular ki, Qarabağ bizimdir, yoxsa sizin? Dedim ki, bizimdir! Dubinka ilə vurub gözümü çıxartdılar. Səhəri gün gördülər gözüm çirk eləyib, pis vəziyyətdəyəm, məni həbsxana rəisinin yanına apardılar. Rəis cibindən bıçağı çıxararaq gözümü yerindən çıxarıb atdı yerə. Mənə dedi ki, səndən soruşsalar, deyərsən ki, meşədə yıxılmısan, odun batıb. Bir dəfə isə yanvar ayında Şuşa İcra Hakimiyyətinin qarşısında hovuzu təmizləməyə aparmışdılar. Orda bizi döydülər. Əsir yoldaşım Həmid də mənimlə bir yerdəydi, ikimizi də bərk döydülər. Mənim başıma dəmir boru ilə vururdular. Don vurmuş boru başımda qırıldı. Məni qarın altına basdırdılar. 8 saat qarın altında qaldım. Deyiblər ki, bu ölüb, atın getsin. Donum açılsın deyə üstümə isti su töküblər, amma hiss etməmişəm”./APA

Tacxeber.com

Oxşar xəbərlər