Kannda mükafat alan məşhur rejissor həbs edildi Hadisə 16 Avqust 2023 09:16 113 İranda “Leylanın qardaşları” filminin ssenari müəllifi və rejissoru Səid Rüstəyi 6 ay müddətinə azadlıqdan məhrum edilib. Tacxeber.com xəbər verir ki, rejissor 5 il filmlərdə işləyə də bilməyəcək. Həbsinin səbəbi kimi filminin rəsmi icazə olmadan Kann Film Festivalına göndərilməsi və rejim əleyhinə təbliğat aparması göstərilir. Qeyd edək ki, film 2022-ci ildə 75-ci Kann Film Festivalında mükafata layiq görülüb.(qafqazinfo) Tacxeber.com